İtaliya A Seriyasının "Milan"la "Komo" arasında keçiriləcək oyun Avstraliyanın Pert şəhərində baş tutmayacaq. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Son həftələrdə yekunlaşmağa yaxın olan uzunmüddətli danışıqlar uğursuzluqla nəticələnib.
"Milan" və A Seriyası bu ideyanın reallaşdırılması üçün maksimum səy göstəriblər. Matç İtaliya çempionatının Avstraliyada tanıdılması baxımından kommersiya və strateji addım kimi dəyərləndirilirdi. Lakin oyuna ev sahibliyi etməli olan Asiya Futbol Konfederasiyasının (AFC) irəli sürdüyü şərtlər tərəflərin yekun razılığa gəlməsinə imkan verməyib.
Qeyd edək ki, A Seriyasının 24-cü turunun "Milan" - "Komo" oyununun fevralın 8-də keçirilməsi planlaşdırılır.