"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşib. Sport24.az xəbər verir ki, Misli Premyer Liqasının XVI turunda "Qarabağ"la oyundan sonra istirahətə buraxılan komanda yanvarın 3-də toplaşacaq.
Hazırlıq prossesinin birinci mərhələsi yanvarın 13-dək Qəbələdə olacaq.
"Qırmızı-qaralar" hazırlıq mərhələsinin ikinci hissəsini 14-18 yanvarda Bakıda keçirəcək.
Komandamızın toplanış çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınaması nəzərdə tutulub. Rəqiblər müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, "Qəbələ" XVII turda, yanvarın 24-də səfərdə "Şamaxı" ilə qarşılaşacaq.