Turin məhkəməsi "Yuventus"un "Əl-Nassr"ın hücumçusu Kriştiano Ronaldoya 9,8 milyon avro təzminat ödəməsi ilə bağlı apellyasiya şikayətini rədd edib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb. 

 

Hakim arbitraj məhkəməsinin 2024-cü ilin aprelində verdiyi qərarı qüvvədə saxlayıb. Qərara əsasən portuqaliyalı hücumçu klubdan ödəniş almaq hüququna malikdir. 

 

Qeyd edək ki, İtaliya məhkəməsi "Yuventus"a koronavirus pandemiyası zamanı dondurulmuş maaşının bir hissəsini oyunçuya ödəmədiyinə görə təxminən 10 milyon avro ödəməyi barədə qərar çıxarıb. Ronaldo əvvəlcə klubdan 19,9 milyon avro tələb edirdi.