"Real"ın hücumçusu Kilian Mbappenin ünvanına irqçi təhqirlər söyləyən azarkeş bir illik həbs oluna və 2880 avro cərimələnə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, hadisə ötən ilin avqsutun 24-də "Nuevo Carlos Tartiere" stadionunda "Real"ın "Ovyedo" (0-3) ilə oyunu zamanı yaşanıb. 

 

Prokurorluq qeyd edib ki, fransız hücumçuya qarşı edilən təhqir kameraya düşüb. Daha sonra görüntülər sosial mediada yerləşdirilib və bir neçə saat ərzində 300.000 baxış toplayıb.

 

Qeyd edək ki, azarkeş Mbappeni matçın 37-ci dəqiqəsində "Ovyedo"ya qol vurduqdan sonra təhqir edib.