"Qalatasaray"ın hücumçusu Mauro İkardi adı çəkilməyən Səudiyyə Ərəbistanı təmsilçisindən aldığı 120 milyon avroluq təklifi rədd edib. Sport24.az xəbər verir ki, bu barədə futbolçunun agenti Corc Hardin "Fichajes"ə açıqlamasında bildirib:

 

"2023-cü ilin yayında Səudiyyə Ərəbistanı klubu İkardiyə 3 illik, ümumilikdə 120 milyon avro maaşla müqavilə təklif etdi. Ancaq müştərim "Qalatasaray" azarkeşlərinə olan sevgisinə görə təklifi geri çevirdi".

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda "Qalatasaray"ın hücumçu ilə hazırkı müqavilənin müddətinin  uzadılması ilə bağlı danışıqlara başladığı xəbəri yayılıb.