Futbol üzrə ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino İngiltərə yığmasına rəhbərlik etməməsinin səbəbini açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Sky Sports"a açıqlama verib:

 

"Hər şey zamandan asılıdır. Keçmiş prezidentim Daniel Levi ilə ("Tottenhem"in prezidenti) danışdım və o, futbolda hər şeyin andan asılı olduğunu söylədi. O, mənə həmişə deyirdi: "Maurisio, vaxt həmişə vacibdir". Bu, doğrudur, çünki onun futboldan anlayışı var. İngiltərənin baş məşqçisi olmaq böyük şərəfdir, lakin bəzən vaxt sizin hazır ola biləcəyiniz vaxt zamanla üst-üstə düşmür".

 

Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2024-cü ilin sentyabrından ABŞ millisinin baş məşqçisir.