Almaniya millisinin və Dortmund "Borussiya"sının futbolçusu Mats Hummels cari mövsümün sonunda karyerasını başa vurmaq istəyir. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi müasir futbolun tempi ilə ayaqlaşmadığını düşünür.

 

Oyunçunun Dortmund təmsilçisi ilə sözləşməsinin müddəti yayda başa çatır.

 

Qeyd edək ki, 2008-2016-cı illərdə Dortmund klubunun formasını geyinən Hummels 2019-cu ildə yenidən komandaya qayıtmışdı. O, Almaniyada "Bavariya"nın da uğurları üçün çalışıb. Təcrübəli futbolçu cari mövsüm 29 oyunda 3 qolla yadda qalıb.