"Marsel"in baş məşqçisi Roberto De Zerbi PSJ ilə qarşılaşacaqları Fransa Super Kubokunun finalının Küveytə keçirilməsinə qarşı çıxıb. Sport24.az xəbər verir ki, o, bu barədə "L'Équipe" nəşrinə açıqlama verib:

 

"Mənim fikrim dəyişməz olaraq qalır. Bu, subyektiv düşüncədi. Fransa və ya İtaliya Super Kuboku müvafiq ölkədə, klubların azarkeşləri qarşısında keçirilməlidir.

Amma mən Küveytə gedəcəyəm, çünki bu mənim işimdir və biz bu matçı oynamaqdan qürur duyuruq. Küveytlə heç bir problemim yoxdur. Onlar bizə mümkün olanın ən yaxşısını edəcəklər. Amma mən yenə də o fikirdə qalıram ki, Super Kubok qarşılaşmaları klubların azarkeşləri önündə keçirilməlidir".

 

Qeyd edək ki, PSJ - Marsel matçı yanvarın 8-də baş tutacaq.