Bu gün "Çelsi"nin Direktorlar Şurası təcili iclas keçirəcək ki, bu da həftə ikinci belə toplantı olacaq. Sport24.az xəbər verir ki, bu barədə "İndykaila" məlumat yayıb.

 

Mənbənin özlərinə görə, klub daxilində yeni baş məşqçinin təyinatı ilə bağlı ciddi fikir ayrılığı yaranıb. Şura hələlik namizədlə bağlı yekdil qərara gəlməyib.

 

Qeyd edək ki, fikir ayrılığına baxmayaraq, Liam Rosenior London klubunun baş məşqçi vəzifəsinə əsas namizəd olaraq qalır. O, hazırda "Strasburq"a rəhbərlik edir və ən uyğun namizəd hesab olunur.