"Azərbaycanla son Avropa çempionatının seçmə mərhələsində də eyni qrupda yer alırdıq. Bu səbəbdən də rəqibi yaxşı tanıyırıq". Sport24.az xəbər verir ki, bunu Estoniya millisinin futbolçusu Markos Poom deyib.

 

25 yaşlı yarımmüdafiəçi sabah Millətlər Liqasında Azərbaycana qarşı oyundan gözləntilərini açıqlayıb: "Yeni baş məşqçimiz olduğundan inanıram ki, bizə yaxşı oyun planı verə biləcəklər. Mütləq qələbə qazanacağımıza ümid etmək istəyirik. Şübhəsiz ki, bərabərsəviyyəli matç olacaq, amma nəticə əldə edə bilərik".

 

Milli üzvü bildirib ki, Azərbaycan yığmasının müdafiəsi zəifdi: "Rəqibin heyətində yaxşı xarakterə malik fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Lakin Azərbaycanın zəif tərəflərini də bilirik. Rəqib müdafiədə zəifdir. Ümid edirik ki, biz güclü tərəflərimizdən istifadə edə bilərik".

 

Qeyd edək ki, Estoniya - Azərbaycan matçı sabah saat 20:00-da start götürəcək.