"Bavariya"nın qolkiperi Manuel Noyer karyerasında ilk dəfə qırmızı vərəqə alıb. Sport24.az xəbər verir ki, bu, Almaniya kubokunun 1/8 finalında "Bayer"lə matçın 17-ci dəqiqəsində reallaşıb. 38 yaşlı qolkiperə birbaşa qırmızı vərəqə göstərilib.
Noyer rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün meydandan qovulub.
Qeyd edək ki, Manuel 2011-ci ildən "Bavariya"da oynayır. Bu müddət ərzində o, bütün turnirlərdə 539 matça çıxıb, onlardan 255-də qol buraxmayıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.