"Mançester Yunayted" yarımmüdafiəçi Ruben Neveş üçün "Əl-Hilal"a rəsmi təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur sosial media səhifəsində paylaşım edib.
İngiltərə klubu portuqaliyalı futbolçu üçün 23 milyon avro təklif edib və ümid edir ki, "Əl-Hilal"ın bunu qəbul edəcək. Klubla ortaq məxrəcə gəlmək mümkün olarsa, Mançester klubu oyunçunun özü ilə danışıqlara başlayacaq. Neveş Səudiyyə Ərəbistanı təmsilçisi ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 21 oyunda meydana çıxıb, səkkiz qol vurub və dörd məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, yarımmüdafiəçinin transfer dəyəri 25 milyon avrodur.