"Mançester Siti"nin müdafiəçisi Natan Ake karyerasını İtalya A seriyasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Correire dello Sport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Milan" təcrübəli müdafiəçini yaxından izləyir və rəhbərlik mövsümün sonuna qədər bu transferlə bağlı son qərarını verməyə hazırlaşır.

 

Qeyd edək ki, Natan Ake bu mövsüm əvvəlki illərə nisbətən daha az oyun şansı qazanır ki, bu da onun "Milan"a keçmək ehtimalını yüksəldir.