"Mançester Siti" müdafiəçi Denzel Dumfrisin transferinə görə "İnter"lə danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Football Transfers" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, niderlandlı futbolçunun müqaviləsində onun iyulun 15-dək 25 milyon avro qarşılığında klubdan ayrılmaqla bağlı bənd var. "Mançester Siti" məhz bu bənddən istifadə etmək istəyir.

 

Qeyd edək ki, Dumfris ötən mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.