"Çelsi"nin qapıçısı Markus Bettinelli karyerasını İngiltərənin başqa klubda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə Teleqraf.com portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Skott Karsonla vidalaşan "Mançester Siti" 33 yaşlı ingilislə maraqlanır.

 

Qeyd edək ki, Bettinelli 2021-ci ilin yayından "Çelsi"də çıxış edir. O, London klubunda cəmi bir oyun keçirib.