UEFA Konfrans Liqasında 1/8 finala vəsiqə qazanan ilk komanda müəyyənləşib. Sport24.az. xəbər verir ki, pley-off mərhələsinin cavab matçında Belçika "Gent"i Hayfa "Makkabi"sini qəbul edib.
İlk oyunda qalib gələn İsrail təmsilçisi səfər oyunundakı heç-heçə sayəsində 1/8 finala yüksəlib.
Qeyd edək ki, mərhələnin digər cavab oyunları bu gün keçiriləcək.
21 fevral
"Gent" (Belçika) – "Makkabi" (Hayfa, İsrail) - 1:1
Qollar: Tissudali, 69 – Pyerro, 4.
İlk oyun – 0:1.