"Arsenal" "Jirona"nın müdafiəçisi Arnau Martinesi "rənglərinə bağlamaq" istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, ingilis klubu 22 yaşlı ispan üçün 8 milyon avro, əlavə olaraq iki milyon avro da bonus təklif edib.

 

Qeyd edək ki, Martines 2024/25 mövsümündə bütün turnirlərdə 39 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırki müqaviləsi 2027-ci ilin yayında başa çatır.