"Qarabağ" sabah "Ferentsvaroş"la oyunda istədiyi nəticəni qazanıb Çempionlar Liqasının əsas mərhələsinə visqəni təmin edəcək". Bu sözləri Sport24.az saytına açıqlamasında Samir Musayev deyib.

"Qarabağ" veteran futbolçusu sabahkı matçda təmsilçimizin məğlub olmayacağını bildirib:

"Üstünlüklərimiz çoxdur və Qurban Qurbanovun komandası bundan maksimum istifadə edicək. Düşünürəm ki, Ağdam təmsilçisi bu matçda məğlub olmayacaq, amma yenə də ehtiyatlı olmalıyıq. İlk oyundan sonra "Qarabağ" böyük ölçüdə növbəti mərhələyə vəsiqəni təmin edib. Ancaq dediyim kimi, futbolda hər şey ola bilər, həddindən artıq ehtiyatlı olmaq lazımdır. Sabahkı qarşılaşmada hamı kimi biz veteran futbolçular da təmsilçimizdən uğurlu nəticə gözləyirik. Komandamız yaxaladığı fürsətlərdən maksimum istifadə etməlidir. Bunu bacarsalar, "Ferentsvaroş"un bütün ümidləri qırılacaq. İnşallah, "Qarabağ" uğurlu nəticə qazanıb tarix yazmağa davam edəcək".

Qeyd edək ki, komandalar arasında cavab matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.