Futbol üzrə Fransa çempionatında dekabr ayının ən yaxşı oyunçusu məlum olub.

Sport24.az Liqa 1-in rəsmi saytına istinadən xəbər verir ki, bu, “Monpelye” klubunun hücumçusu Teci Savanyedir.

30 yaşlı futbolçu ötən ay çempionatda iştirak etdiyi 4 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.