"İnter Mayami"nin kapitanı Lionel Messi ABŞ təmsilçisi ilə müqaviləsini uzatmaq qərarını şərh edib. Sport24.az xəbər verir ki, ulduz futbolçu bununla bağlı klubun mətbuat xidmətinə açıqlama verib:

 

"Burada qalıb bu layihəni davam etdirdiyim üçün çox xoşbəxtəm. Bu, təkcə xəyal deyil, həm də gözəl bir reallığa çevrilib. Mayamiyə gəldiyimdən bəri çox xoşbəxtəm. Ona görə də burada oynamaq mənə xoşdur.

Hamımız nəhayət Mayami "Freedom Park"da (yeni stadion) oynamağı səbirsizliklə gözləyirik. Tikintinin başa çatmasını, hər şeyi içəridən görməyi və azarkeşlərin də oyunlardan zövq almasını səbirsizliklə gözləyirik. Belə möhtəşəm stadionda oynamaq xüsusi bir şey olacaq".

 

Qeyd edək ki, Messi son mövsümdə 29 qol vurmaqla mövsümün bombardiri olub. O, həmçinin 19 məhsuldar ötürmə ilə yadda qalıb.