Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun bacısı Kati Aveyro qardaşının DÇ-2026-dan sonra millidə çıxışını başa vuracağını bildirib. Sport24.az xəbər verir ki, ulduz futbolçu bacısının söylədiklərinə reaksiya verib:

 

"Mən düşünmədən qərarlar vermirəm. Son qərarımı turnirdən sonra verəcəyəm, indi yox".

 

Qeyd edək ki, Portuqaliya - Xorvatiya matçı 2:1 hesabı ilə başa çatıb. Ronaldo matçda iki qol vursa da (biri penaltidən), bunlardan biri ofsayd səbəbindən qeydə alınmayıb. 

Portuqaliya 1/8 finalda İspaniya ilə qarşılaşacaq. Oyun iyulun 6-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.