Hazırda Bakıda olan "Kopenhagen" klubunun baş məşqçisi Yakob Neestrup uzun təyyarə uçuşu ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, məşqçi uzun təyyarə yolçuluğunun şikayət üçün səbəb olduğunu desə də, bu məqama yumorla yanaşmağı üstün tutub.
Yakob Neestrup bildirib ki, köməkçilərindən biri "Kayrat"la səfər oyunununa eyham vuraraq, ona gələcəkdə daha uzun yolçuluğun olacağını xatırladıb.
Bundan sonra mütəxəssis uçuşun çətinliyi ilə bağlı söhbətə "Mənə dedilər ki, ağzımı yumulu saxlamalıyam" - sözləri ilə yekun vurub.
Xatırladaq ki, "Qarabağ" bu gün Çempionlar Liqasının əsas mərhələsində 2-ci oyununa çıxacaq. Ağdam təmsilçisi Danimarkanın "Kopenhagen" klubunu qəbul edəcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda, Bakı vaxtı ilə 20:45-də başlayacaq.