AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasında VI turun oyunları ilə bağlı aşağıdakı qərarlar verilib:
26.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun "Neftçi-2" – "Araz-Naxçıvan-2" oyunu bitdikdən sonra "Neftçi-2" komandasının baş məşqçisi Rəşad Abdullayev hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, "Neftçi-2" komandası 250 manat cərimə edilsin (maddə 51.2);
26.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun "Kəpəz-2" – "Qarabağ-2" oyununda "Qarabağ-2" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Qarabağ-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1);
26.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun "Şamaxı-2" – "Sumqayıt-2" oyununda ""Sumqayıt-2" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün ""Sumqayıt-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1);
27.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun "Qəbələ-2" – "Turan Tovuz-2" oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə "Qəbələ-2" komandası 200 manat cərimə edilsin (maddə 59.1);
27.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun "Zirə-2" – "Sabah-2" oyununda "Zirə-2" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Zirə-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1);