Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinə start veriləcək. Sport24.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçiriləcək.
Cəbəllütariqin "Sent Cozefs" klubu Şimali İrlandiya təmsilçisi "Kliftonvil"lə üz-üzə gələcək. Malta "Floriana"sı isə Uelsin "Heverfordvest" komandası ilə qarşılaşacaq.
Azərbaycanı turnirdə təmsil edəcək "Zirə" və "Araz-Naxçıvan" mübarizəyə II təsnifatdan qoşulacaq.
Konfrans Liqası
I təsnifat mərhələsi
8 iyul
20:00 Sent Cozefs (Cəbəllütariq) – Kliftonvil (Şimali İrlandiya)
21:30 Floriana (Malta) – Heverfordvest (Uels)