Ötən gecə Konfrans Liqasında Liqa mərhələsinin VI turunun oyunlarından sonra 1/8 finalçıların və pley-offa yüksələn komandaların adlarına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, Türkiyə təmsilçisi "Samsunspor" mübarizəni ppley-offda davam etdirəcək. Arda Turanın baş məşqçisi olduğu Donetsk "Şaxtyor"u isə birbaşa 1/8 finala yüksəlib.

 

"Şaxyor"la yanaşı, "Strasburq", "Rakuv", AEK (Afina), "Sparta", "Rayo Valyekano", "Şaxtyor", "Maynts" və AEK (Larnaka) adını 1/8 finala qatılanlar arasında olacaq.

 

"Lozanna", "Kristal Pelas", "Lex", "Samsunspor", "Selye", "AZ Alkmaar", "Fiorentina", "Riyeka", "Yagelloniya", "Omoniya", "Noa", "Drita", "KuPS", "Şkendiya", "Zirinski" və "Siqma" pley-offa vəsiqə əldə edib.

 

Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsi 2026-cı il fevral ayının 19-20-də başlayacaq.