"Monako"nun baş məşqçisi Adi Hütter tezliklə postunu tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, 55 yaşlı avstriyalı milli komandaların oyununa görə yarnan fasilədə qovula bilər.

 

Qeyd edək ki, Hütter 2023-cü ilin yayından "Monako"ya rəhbərlik edir. Komanda onun rəhbərliyi altında ötən mövsüm Liqa 1-i 3-cü pillədə başa vurub. Cari mövsümdə komanda 7 turdan sonra 13 xalla 5-ci yerdədir.