İyunun 15-dən 16-na keçən gecə, klublararası dünya çempionatının A qrupunda ilk turun oyunları başa çatıb. Sport24.az xəbər verir ki, qrupun son qarşılaşmasında "Palmeyras" "Port"u ilə üz-üzə gəlib.

 

MetLife Stadiumunda (İst Ruterford, Nyu-Cersi, ABŞ) baş tutan matç qolsuz yekunlaşıb.

 

Beləliklə, 1-ci turun yekunlarına görə, A qrupunun dörd komandasının hamısı eyni xala malikdir. "İnter Mayami", "Əl Əhli", "Palmeyras" və "Portu" hərəyə bir xal toplayıb. Hər iki görüş heç-heçə başa çatıb - 0:0. Braziliya təmsilçisini qarşıda Misirin "Əl Əhli" klubu ilə görüş gözləyir. "Əjdahalar" isə "İnter Mayami" ilə qarşılaşacaq. Hər iki qarşılaşma iyunun 19-da keçiriləcək.