"Real" yeni transferi Kilyan Mbappe ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Mbappe yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Klub bu gün "Santyaqo Bernabeu" stadionunda fransalı forvard üçün təntənəli təqdimat mərasimi keçirəcək.
Qeyd edək ki, iyunun 3-də "Kral klubu" Mbappeni transfer etdiyini açıqlayıb. Futbolçu kluba azad agent kimi keçib. Onunla 5 illik razılaşmanın əldə olunduğu bildirilmişdi.