Lionel Messinin formasını geyindiyi "İnter Mayami"nin yeni baş məşqçisi müəyyənləşmək üzrədir. Sport24.az xəbər verir ki, ABŞ klubunun Xavyer Maskeranonun çalışdıracağı gözlənilir.

 

Bu barədə Argentina mətbuatı məlumat yayıb.

 

Hazırda ölkəsinin U-20 yığmasına rəhbərlik edən 40 yaşlı mütəxəssislə razılıq əldə olunduğu bildirilir.

 

Argentina milli komandasının və "Barselona"nın sabiq üzvü olan Maskeranonun yığma ilə müqaviləsi bu ilin sonunda başa çatır.