Bukmeker şirkətlərindən birinin sabiq baş direktoru Sergey Anoxin 60 milyon rubl (1,04 milyon AZN) məbləğində rüşvət verməkdə ittiham olunur. Sport24.az xəbər verir ki, 51 yaşlı funksioner hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Anoxinin rüşvəti təhlükəsizlik qüvvələrinin nümayəndəsinə verdiyi bildirilir.

 

Anoxin 2016-2022-ci illərdə Rusiya Futbol İttifaqının vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü olub. O, həmçinin Moskva Futbol Federasiyası (2013-2022) və "Ximki" futbol klubuna (2020-2021) rəhbərlik edib.