David Ançelotti "Botafoqo"nun baş məşqçisi postundan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb. 

 

"Globo"nun məlumatına görə, onun müqaviləsinin ləğv edilməsinə səbəb oyunçular arasında əzələ zədələrinin çox olması üzündən fiziki hazırlıq üzrə məşqçi Luka Gerranın işdən çıxarılması olub.

 

Ançelotti rəhbərliyə bütün məşqçilər heyətinin saxlanılacağı təqdirdə işini davam etdirəcəyini bildirsə də,"Botafoqo" rəhbərliyi bu şərti rədd edib.

 

Qeyd edək ki, David Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğludur. O, əvvəllər atasının yanında köməkçi olub. "Botafoqo" onun müstəqil məşqçi kimi ilk klubu olub və 2025-ci ilin yayında komandanın "sükanı arxasına" keçib.