"Bolonya"nın müdafiəçisi Con Lukumi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Qalatasaray" kolumbiyalı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

 

İstanbul nəhəngi Lukumiyə illik 4  milyon avro maaş təklif edib. İtaliya klubu 28 yaşlı mərkəz müdafiəçisinə 25 milyon avro qiymət qoyub. Oyunçu ilə "Beşiktaş" və "Yuventus" da maraqlanır.

 

Qeyd edək ki, "Bolonya" Con Lukumini 2022-ci ilin yayında "Genk"dən 8 milyon avroya transfer edib. Kolumbiya millisinin üzvü 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla 1 illik müqaviləsi qalıb.