"Renn" və İsveçrə millisinin hücumçusu Breel Embolo bir neçə klubun maraq dairəsindədir. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Ben Cakobs "X" sosial media hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, 29 yaşlı isveçrəli futbolçu ilə "Napoli" və "Milan", eləcə də İngiltərə Premyer Liqasının bir neçə klubu maraqlanır. Onlar artıq mümkün transfer barədə qarşı tərəfə sorğu göndəriblər. "Renn" 15 milyon avro qarşılığında forvardla ayrılmağa hazırdır.
Qeyd edək ki, Embolo ötən mövsüm Liqa1-də meydana çıxdığı 31 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib. DÇ-2026-da isə 6 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.