"Fənərbaxça" "Barselona"nın iki oyunçusu ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə Türkiyənin "Haberler" nəşri məlumat yayıb.
Mənbənin sölərinə görə, İstanbul klubu müdafiəçi Andreas Kristensen və hücumçu Robert Levandovskini "rəglərinə bağlamaq" istəyir. O da məlumdur ki, Kristensen artıq klubdan ayrılmaq istədiyini bildirib.
Bundan əlavə, İstanbul komandasının nümayəndələri Levandovskinin agentləri ilə əlaqə saxlayıblar. Polşalı hücumçunun Kataloniya klubunda qalmaq istədiyi barədə əvvəllər yayılan xəbərlərə baxmayaraq, karyerası üçün müxtəlif variantları istisna etmədiyi vurğulanır.
Qeyd edək ki, Levandovski və Kristensenin Kataloniya təmsilçisi ilə müqavilələri 2026-cı ilin yayında başa çatır.