Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatının favoritlərinin adını açıqlayıb. Sport24.az xəbər verir ki, italyan mütəxəssis bununla bağlı "Sky Sport"a açıqlama verib:

 

"Favoritlər eynidir. Fransa, İspaniya, İngiltərə, Almaniya, Argentina və Portuqaliya. Amma ehtiyatlı olun, 48 komanda ilə mütləq sürprizlər olacaq.

Ümid edirəm ki, İtaliya vəsiqə qazana bilər. Və mən səmimi qəlbdən inanıram ki, bu olacaq. O zaman finalda qarşılaşacağıq. Hamı xoşbəxt olacaq: italyanlar, braziliyalılar və xüsusən də mən. Emosional olaraq, bu, mənim üçün gözəl olardı".

 

Qeyd edək ki, 48 komandanın iştirak edəcəyi DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.