Azərbaycan Basketbol Liqasında VII turun daha bir oyunu keçirilib. Sport24.az xəbər verir ki, B qrupunda "Sumqayıt" "Naxçıvan"la üz-üzə gəlib.
Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların 116:99 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə "Lənkəran" "Sərhədçi"ni 83:78 hesabı ilə məğlub edib. VII tura noyabrın 16-da yekun vurulacaq.