İran Futbol Federasiyası (FFIRI) dünya çempionatının oyunları üçün ayrılmış bilet kvotasının ləğv edildiyini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

 

"Reuters" agentliyi FFIRI-yə istinadən bildirib ki, bu, bir çox iranlı futbol azarkeşinin rəsmi olaraq elan edilmiş prosedura əsaslanaraq matçlara qatılmaq üçün lazımi planlar qurmasına baxmayaraq ABŞ dövləti bu addımı atıb. 

 

Daha əvvəl İran millisinin nümayəndə heyətinin bir hissəsinin, o cümlədən məşqçilərin DÇ-2026-ya ABŞ vizası almadığı bildirilirdi.

 

Qeyd edək ki, dünya çempionatı iyunun 11-də start götürür. İran Belçika, Misir və Yeni Zelandiya ilə bir qrupda oynayacaq.