"İnter"in sol cinah müdafiəçisi Federiko Dimarko Avropanın top-5 liqasında yeni qol rekordu qırıb. Sport24.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

 

28 yaşlı italyan futbolçu A Seriyasının son oyununda "Bolonya"ya qarşı (3-3) matçda fərqlənib və İtaliya Liqasında mövsümü 24 xalla (7 qol, 17 məhsuldar ötürmə) başa vurub.

 

Mənbənin sözlərinə görə, Dimarko son 20 mövsümdə Avropanın top-5 liqasında bir mövsümdə ən çox qol vuran müdafiəçi olub. Əvvəlki rekord isə 2006/07 mövsümünə təsadüf edir (bu cür statistika ilk dəfə toplandığı vaxt). Əvvəlki rekord 2023/24 mövsümündə "Bayer"in heyətində Bundesliqada 23 xal (10 qol, 13 məhsuldar ötürmə) qazanan Alexandro Qrimaldoya məxsus idi.