"İnter"in prezidenti Cüzeppe Marotta klubun çətin maliyyə vəziyyətində olduğu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, o, bu məlumatları təkzib edib:
"Bizim heç vaxt müflis olmaq riskimiz olmayıb. Tədarükçülərə və ya banklara ödənilməmiş borcumuz yoxdur. Əks-halda, komanda A Seriyasında qeydiyyatdan keçə bilməzdi. Biz bütün lazımi parametrlərə əməl edirik. Yoxsa, cərimələnərdik. Maaş və vergiləri mütəmadi olaraq vaxtında ödəyirik".
Qeyd edək ki, hazırda "İnter" İtaliya A seriyasının turnir cədvəlinə 68 xalla liderdir.