İngiltərə Premyer Liqası bolboylara (topdaşıyanlar) topu oyunçulara qaytarmağı qadağan edib.

Sport24.az xəbər verir ki, bundan sonra futbolçuların özləri xüsusi yerlərdə qoyulacaq topları götürməlidirlər.

Bolboyların işi isə kənara gedən topları həmin yerlərə qoymaq olacaq. Bundan başqa , yeni qaydalara əsasən, top daşıyan uşaqlar həmin xüsusi yerlərin yaxınlığında olmamalıdırlar.

Bu qərarın qəbul edilməsində məqsəd, ev sahibi komandaların bolboylar tərəfindən yaradılan üstünlükdən istifadə etməsinin qarşısını almaqdır.