İlin ən yaxşı hakimi adına namizədlər açıqlanıb. Sport24.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ən yaxşı kişi və qadın referi mükafatına iddiaçıları müəyyənləşdirib.
Siyahıda 20 kişi hakim yer alıb. Bunlar Fransua Leteksye, Klemen Turpin (hər ikisi Fransa), Feliks Zvayer (Almaniya), Slavko Vinçiç (Sloveniya), Daniele Orsato (İtaliya), Maykl Oluver, Entoni Teylor (hər ikisi İngiltərə), Şimon Marçinyak (Polşa), İştvan Kovaç (Rumıniya), Rafael Klaus, Vilton Sampayo (hər ikisi Braziliya),Dario Errera, Fakundo Telyo (hər ikisi Argentina), Andres Matonte (Urugvay), Sezar Arturo Ramos (Meksika), İvan Barton (Salvador), Dahane Beida (Mavritaniya), Mustafa Qorbal (Əlcəzair), Ma Ninq (Çin), Ben Aukvaydır (Solomon adaları).
Ən yaxşı qadın hakim adına 10 namizəd var. Bunlar Edina Alves (Braziliya), Katya Qarsiya (Meksika), Bouçra Karboubi (Mərakeş), Yujeonq Kim (Cənubi Koreya), Tess Olofsson (İsveç), Tori Penso (ABŞ), Rebekka Uolş (İngiltərə), Yoşimi Yamaşita (Yaponiya), Stefani Frappar (Fransa) və Salima Mukansanqadır (Ruanda).
Qeyd edək ki, mükafatların sahibləri İFFHS-in ölkələr üzrə nümayəndələri arasında keçiriləcək səsvermə ilə müəyyənləşəcək.