"Bavariya"nın hücumçusu Harri Keyn "Barselona"nın maraq dairəsinə düşdüyü barədə xəbərlərə reaksiya verib. Sport24.az xəbər verir ki, ingilis hücumçu bununla bağlı "Mundo Deportivo"ya danışıb:

 

"Bu barədə heç nə eşitməmişəm. Atam və qardaşım hər şeylə məşğuldurlar, amma mənə heç nə deməyiblər. Dediyim kimi, "Bavariya"da çox xoşbəxtəm. Bu mövsümə və klubdakı vaxtıma diqqət yetirirəm. "Barselona"nın marağını bir iltifat kimi qəbul edirəm".

 

Qeyd edək ki, hücumçu bu mövsüm bütün turnirlərə 36 oyunda meydana çıxıb, 43 qol vurub və 5 məhsuldar ötürmə edib. Keynin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.