İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu sıradan çıxıb.

 

Bu barədə yerli mətbuat məlumat yayıb.

 

Türk futbolçu ayaq əzələsindən zədə alıb. 30 yaşlı yarımmüdafiəçi A Seriyasının 21-ci turunun "Bolonya" ilə matçında iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm "İnter"in heyətində meydana çıxdığı 21 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.