"İnter"in futbolçusu Hakan Çalhanoğlu gələcəyi haqda danışıb. Sport24.ax xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını Milan təmsilçisində başa vurmaq istədiyini bildirib:

 

"Milan"dan "İnter"ə keçmək o qədər də asan deyil. Amma əvvəllər həmişə "İnter"i sevmişəm. Bu formanı geyindikdən sonra karyerama damğa vuran və məni hazırda olduğum futbolçu edən möhtəşəm səyahət başladı. Artıq gənc oyunçu deyiləm, ümid edirəm karyaramı "İnter"də tamamlayaram. Futbolda nə olacağını heç vaxt təxmin edə bilmərik. Amma ümidim burada qalmaqdır. Bacardığım qədər uzun müddət burada qalacağam".

 

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayında "Milan"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "İnter"ə keçib. Türkiyə millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.