"Mançester Siti"nin futbolçusu Erlinq Haaland karyerasını İspaniyada davam etdirmək istəyir. Sport24.az xəbər verir ki, norveçli hücumçu "Real"da oynamaq arzusundadır. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

 

Haalandın "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına kimidir. Norveçli futbolçu sözləşməsinin sonuna qədər "şəhərlilər"də qalmaq və daha sonra azad agent kimi "Real"a keçmək istəyir.

 

24 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 8 oyunda 10 qol vurub.