Azərbaycan Premyer Liqasının XI turunun "Səbail" – "Sumqayıt" oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

 

- Komandama təşəkkür edirəm. Yaxşı, mübarizə oyun keçdi. Futbolçularım oyun, istək baxımından rəqibi üstələdi. Buna görə qələbə qazandıq. Uşaqlara təşəkkür edirəm. İndi bunun davamını gətirməliyik.

 

- 70-ci dəqiqədən sonra geri çəkildiz.

-  Yorğunluq deyildi. Sadəcə uduzmaq istəmirdik və rəqibin təzyiqinə görə geridə qaldıq. Həm də fasilədən sonra əks-hücumda oynamağa qərar verdik. Qol epizodlarımız da oldu. Ümumilikdə komandam mübarizə apardı. İstəyi sonacan qoruduq və üç xalı qazandıq.

 

- Ötən oyunla bugünkü arasında nə dəyişiklik var idi?

- "Turan Tovuz"la oyunda müdafiədə qalmışdıq. Amma bu gün fərqli oynadıq, hücumda daha çox olduq. Hər rəqibə qarşı fərqli hazırlaşırıq. Amma ilk növbədə öz oyunumuzu qorumalıyıq. Addım-addım inkişaf etmək istəyirik.