Azərbaycan Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində sentyabr ayının qalibi olan Bernardo Diasa "Araz-Naxçıvan" – "Zirə" görüşündən əvvəl mükafatlar təqdim olunub. Sport24.az xəbər verir ki, ona mükafatları "Liv Bona Dea Arena"da Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.