AVRO-2024-ün qrup mərhələsinin II turunun rəmzi komandası açıqlanıb. Sport24.az xəbər verir ki, turun "11-liy"ində 9 millinin futbolçuları yer alıblar.

 

Portuqaliya və İspaniyanın iki üzvü heyətə daxil edilib. Digər yığmalar bir oyunçu ilə təmsil olunub.

 

Qapıçı: Georgi Mamardaşvili (Gürcüstan);

Müdafiəçilər: Mark Kukurelya (İspaniya), Jan Karniçnik (Sloveniya), Manuel Akanji (İsveçrə), Pepe (Portuqaliya);

Yarımmüdafiəçilər: Nikolay Şaparenko (Ukrayna), Morten Yulman (Danimarka), İlkay Gündoğan (Almaniya);

Hücumçular: Bernardu Silva (Portuqaliya), Niko Uilyams (İspaniya), Kristof Baumqartner (Avstriya).