Fransanın "Tuluza" klubunda baş məşqçi Karles Martinslə yollar ayrılacaq. Sport24.az xəbər verir ki, mütəxəssisin yayda başa çatacaq müqaviləsi uzadılmayacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Karles 2023-cü ildən "Tuluza"ya rəhbərlik edirdi. Onun komandası Fransa Liqa 1-də 31 turdan sonra 38 xalla 10-cu sıradadır.