"Fiorentina" hücumçu Moyze Kinin keçidini rəsmiləşdirib.

Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu "Yuventus"dan transfer olunub. "Fiorentina" qarşı tərəfə 13 milyon avro ödəyib. Müqavilənin şərtlərinə görə əlavə ödənişlər nəticəsində transferin qiyməti 18 milyona qədər yüksələ bilər.

Qeyd edək ki, Kin Turin klubunun akademiyasında yetişib. O, 2023/2024 mövsümündə 20 oyunda meydana çıxsa də, fərqlənə bilməyib.